BAKI, 28 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynada münaqişənin gərginləşməsi ilə bağlı Qərbə kəskin xəbərdarlıq edib.
Bu barədə Kuinsi İnstitutunun (ABŞ) "Responsible Statecraft" onlayn jurnalı məlumat yayıb.
Nəşrdə qeyd olunduğu kimi, NATO ölkələri Ukraynanın döyüş meydanında qələbə qazanması üçün təkcə maliyyənin kifayət etmədiyini getdikcə daha çox başa düşür və son vaxtlar eskalasiyanın başqa, daha təhlükəli üsullarına əl atırlar.
"Rusiya Federasiyası bu gərginliyə daha böyük müharibənin qaçılmazlığı və Belarusiyanın da iştirakı ilə Ukrayna ilə həmsərhəd ərazisində taktiki nüvə silahları ilə təxribat xarakterli təlimlər keçirməsi ilə bir sıra birmənalı xəbərdarlıqlarla cavab verib" - nəşr yazıb.
Jurnal, həmçinin Kubaya Rusiya hərbi gəmilərinin, o cümlədən nüvə sualtı qayığının göndərilməsini və Rusiya Federasiyası və KXDR liderlərinin "qarşılıqlı təhlükəsizlik" paktını imzaladığını və xarici hücum hadisəsi zamanı bu müqaviləyə əsasən ölkələrin bir-birini müdafiə edəcəklərini qeyd edib.
Sonda jurnal vurğulayıb ki, bütün bu hadisələr Ukrayna münaqişəsinin həlli yolunun tapılmasının aktuallığını artırır.
Əlavə edirik ki, əvvəllər "Responsible Statecraft"in müxbiri Bleyz Malli bəyan edib ki, Putin Kiyev qarşısında sülh danışıqlarına başlamaq üçün əvvəlkindən daha sərt şərtlər irəli sürüb.