CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Hökmə əsasən, M.Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.
Bu barədə Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Mahir Quliyevin cəzası 8 il 3 aya endirilib.
Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.