CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək

Layihəyə əsasən, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə iyirmi manat məbləğində cərimə ediləcək.
Sputnik
BAKI, 28 iyun— Sputnik. Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə iyirmi manat məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.