DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden debatda, sanki "bu gün-sabah öləcək" kimi görünür

Jurnalistlər Baydenin çıxışı zamanı etdiyi bir neçə uğursuz və yanlış kəlmələrə diqqət çəkiblər.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Amerikanın Atlanta şəhərində ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp arasında debatlar keçirilir.
Yazıçı, köşə yazarı və hüquqşünas Ben Şapiro bu debatları X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində qiymətləndirib.
Onu ən çox ABŞ-ın hazırkı prezidentinin görünüşü heyrətləndirib. Şapironun sözlərinə görə, Bayden heç də yaxşı görünmür.
"Sanki o, elə efirdə öləcək", - Şapiro yazıb.
Əvvəllər də jurnalistlər Baydenin çıxışı zamanı etdiyi bir neçə uğursuz və yanlış kəlmələrə diqqət çəkiblər. Belə ki, o, rəqəmləri, tarixi faktları qarışdırır və daim öskürməyə başlayır.