BAKI, 27 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Polşa, Latviya, Litva və Estoniyanın Rusiya və Avropa İttifaqı sərhədi boyunca müdafiə xətti qurmaq ideyasına cavab verib.
Diplomat bu barədə özünün "Telegram" kanalında yazıb.
"Əsas odur ki, iti ucları içəriyə doğru olsun" – Zaxarova fikrini bildirib.
"Reuters" beynəlxalq xəbər agentliyinin əvvəllər bildirdiyi kimi, adı çəkilən dörd ölkə, guya Moskva tərəfindən hərbi təhdidlərdən və digər zərərli hərəkətlərdən qorunmaq üçün Rusiya və Belarusiya ilə birləşmə sərhədində müdafiə xəttinin yaradılması təklifi ilə Avropa İttifaqının sədrinə müraciət ediblər.