DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda AES-in tikintisi ilə bağlı referendum keçiriləcək

Prezident Tokayev qeyd edib ki, iqtisadi inkişaf sabit enerji təchizatı olmadan mümkün deyil.
Sputnik
BAKI, 27 iyun — Sputnik. Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə referendum payızda keçiriləcək.
Bu barədə Qazaxıstan Prezident Kasım-Jomart Tokayev jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, iqtisadi inkişaf sabit enerji təchizatı olmadan mümkün deyil: "Bu səbəbdən, atom elektrik stansiyasının tikintisi məsələsini araşdırmağı tapşırdım".
Tokayev bu məsələnin geniş müzakirə edildiyini və müxtəlif fikirlərin səsləndiyini qeyd edib: "Həqiqətən də ölkədə atom enerjisi sahəsində böyük imkanlar var – onların düzgün və səmərəli istifadəsi vacibdir. Bu məsələ ilə bağlı son qərarı xalq verəcək".