HADİSƏ

Sabah Azərbaycanda hava necə olacaq? Xoş olmayan proqnoz

Milli Hidrometeorologiya Xidməti iyunun 28-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Sputnik
BAKI, 27 iyun — Sputnik. İyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 50-60% olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
***
Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-da isə 10 mm-dək olub.

Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.