DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Avropa Birliyinin bir hissəsi olmaq istəyir - Simonyan

Simonyan deyib ki, Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırlar, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacları var.
Sputnik
BAKI, 27 iyun — Sputnik. Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bu barədə Latviyaya səfəri zamanı bildirib. O, Riqada latviyalı həmkarı Daiga Mierina ilə görüşüb, həmçinin prezident Edqars Rinkeviç və xarici işlər naziri Baiba Braje ilə görüşlər keçirib.
"Bizim regionda baş verənlər Ukraynadakı kimidir. Sadəcə personajlar bir az fərqlidir. Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Bizə sülh yaratmaq istəyi lazımdır. Bu işdə Latviya və digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyac var" - Ermənistan Milli Assambleyasının sədri deyib.
"Bir neçə gün əvvəl bizim parlamentdə Ermənistanın Aİ-yə üzv olması üçün referendum keçirilməsi ilə bağlı müzakirələr gedirdi. Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bizdə bu referendum olacaq və mən əminəm ki, xalqımız hə deyəcək" - Alen Simonyan əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxın olmağa hazır olduğunu bildirmişdi.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk X "Primakov oxumaları" beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı deyib ki, Aİ və Aİİ ziddiyyət təşkil edir və regiondankənar oyunçuların Ermənistana gəlişinin nəticələri olacaq.