SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib

Ceyhun Bayramov deyib ki, Ermənistan Konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var.
Sputnik
BAKI, 27 iyun — Sputnik. Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".
***
İyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.