DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə DİN narkobaronun və 40-dan çox dəstə üzvünün saxlanıldığını açıqlayıb

İspaniyada beynəlxalq narkotik ticarəti ilə məşğul olan dəstə zərərsizləşdirilib.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Türkiyə, İspaniya və Fransa birgə əməliyyat nəticəsində beynəlxalq narkotik kartelinin “başını kəsib”. RİA Novosti Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya istinadən xəbər verib ki, dəstənin lideri Kərim Dağlıoğlunu və 40-dan çox dəstə üzvü saxlanılıb.
Nazirin sözlərinə görə, Arqay əməliyyatı 9 ay ərzində hazırlanıb, həbslər iyunun 11-də Fransa, İspaniya və Türkiyədən 400-dən çox polis əməkdaşının iştirakı ilə başlayıb.

“Biz narkokartelin lideri, Türkiyə tərəfindən qırmızı bülletenlə (İnterpol - red.) axtarışda olan Emre Karaca kimi tanınan Kərim Dağlıoğluna və aralarında İspaniya, Almaniya, Suriya, Monteneqro, Rumıniya, Ukrayna, Argentina, Venesuela və Avstriya vətəndaşlarının da olduğu 42 narkotik alverçisinə sarsıdıcı zərbə vurduq", - Əli Yerlikaya X sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Qranada, Malaqa və Sevilya şəhərlərində aparılan axtarışlar nəticəsində 2 tondan çox narkotik, silah, lüks avtomobil və nağd pul müsadirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.