CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 26 iyun

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 26 iyun — Sputnik. İyunun 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 26-da kimlər anadan olub?
- Mərahim Fərzəlibəyov (1949) - Bakı Bələdiyyə Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti.
Mərahim Fərzəlibəyov
- Tamara Moskvina (1941) – Sovet fiqurlu konkisürəni və fiqurlu konkisürmə üzrə məşqçi, Rusiya Federasiyasının əməkdar bədən tərbiyəsi işçisi, altıqat SSRİ çempionu.
Tamara Moskvina
- Paolo Maldini (1968) - italyan futbolçu, uzun müddət "Milan"ın və İtaliya millisinin kapitanı. O, mərkəz və sol cinah müdafiəçisi kimi çıxış edib.
Paolo Maldini (solda)
- Ariana Qrande (1993) amerikalı müğənni, aktrisa, bəstəkar, prodüser və "Qremmi" mükafatı laureatıdır.
Ariana Qrande
26 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1875-ci ildə ingilis yazıçısı və riyaziyyatçısı Lyuis Kerroll "Müqəddəs Corc və Əjdaha" adlı səhnələşdirilmiş fotoşəkli yaradıb.
1896-cı ildə Yeni Orleanda dünyanın ilk daimi fəaliyyət göstərən kinoteatr açılıb. O, 400 oturacaq üçün nəzərdə tutulmuşdu.
1987-ci ildən Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir. Bu tarix BMT Baş Assambleyası tərəfindən müəyyən edilib.
1997-ci ildən İqtisadi və Sosial Şuranın tövsiyəsi ilə BMT Baş Assambleyası 26 iyun tarixini İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günü elan edib.
1998-ci ildən Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.
Bakıda parad