BAKI, 26 iyun - Sputnik. Rusiya Avrasiya təhlükəsizlik sisteminin yaradılması istiqamətində kursu fonunda sıfır məbləğli oyunlar ruhunda yeni blok qarşıdurmalarında iştirak etmək niyyətində deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Media brifinqində Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ və Aİ öz dominantlıqlarını saxlamaq üçün Avrasiyada, o cümlədən Yaxın Şərq və Asiya-Sakit okean regionunda gərginliyin qaynar nöqtələrini qızışdırırlar.
“Rusiyanın məqsədi sıfır məbləğli oyunlar ruhunda yeni blok qarşıdurmalarına çəkilmək deyil”, - Zaxarova deyib.
Diplomat xatırladıb ki, Rusiyanın 2023-cü il üçün xarici siyasət konsepsiyası Rusiyanın Avrasiyanı “vahid qitə miqyasında sülh, sabitlik, qarşılıqlı etimad, inkişaf və tərəqqi məkanına” çevirmək istəyi qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.