BAKI, 26 iyun - Sputnik. Ukraynada nizamlanma üzrə ikinci forumu məzmunsuz müzakirə etmək mənasızdır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, əvvəlcə "nəyin və kiminlə danışılacağını başa düşmək" lazımdır.
“Hazırda ictimai məkana atılan bütün bu düsturları və ya formaları konkret məzmun olmadan müzakirə etmək sadəcə mənasızdır. Nə danışdığımızı başa düşməliyik. Kiminlə danışdığımızı başa düşməliyik”, - Zaxarova SPBHF-2024 çərçivəsində jurnalistlərə Rusiyanın dəvət olunacağı təqdirdə Ukrayna üzrə ikinci “İsveçrə” sammitində iştirak edib-etməyəcəyi sualına cavab verərkən deyib.
26-28 iyun tarixlərində Rusiyanın "Şimal paytaxtı"nda Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu (SPBHF) keçirilir, onun əsas mövzusu qlobal balansın əsası kimi hüquq olacaq.
Forumda ənənəvi olaraq müxtəlif ölkələrdən aparıcı hüquqşünas alimlər, siyasətçilər, işgüzar dairələrin və ictimai təşkilatların nümayəndələri iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.