RUSİYA

Beynəlxalq hüquq bəzi ölkələr üçün faydalı olan qaydalarla əvəz edilməməlidir - Medvedev

Rusiyanın "Şimal paytaxtı"nda Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu (SPBHF) keçirilir.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Beynəlxalq hüquq normaları bütün ölkələrin maraqlarının balansını əks etdirməli, yalnız ayrı-ayrı dövlətlərin xeyrinə olan qaydalarla əvəz edilməməlidir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev bildirib ki, beynəlxalq münasibətlərin çoxqütblü sistemi fəal şəkildə formalaşır, Rusiya bu prosesin birbaşa iştirakçısıdır.

“Biz beynəlxalq münasibətlərin çoxqütblü sisteminin necə fəal şəkildə formalaşdığını görürük və biz bu prosesin birbaşa iştirakçılarıyıq”, - Medvedev XII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına və qonaqlarına təbrikində yazıb.

Medvedyev vurğulayıb ki, dünya nizamının transformasiyasının arxasında duran hərəkətverici qüvvələr beynəlxalq hüququn fundamental prinsipləri, qarşılıqlı etimad və suveren bərabərlik əsasında əməkdaşlığa can atan müstəqil dövlətlərdir.
26-28 iyun tarixlərində Rusiyanın "Şimal paytaxtı"nda Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu (SPBHF) keçirilir, onun əsas mövzusu qlobal balansın əsası kimi hüquq olacaq.
Forumda ənənəvi olaraq müxtəlif ölkələrdən aparıcı hüquqşünas alimlər, siyasətçilər, işgüzar dairələrin və ictimai təşkilatların nümayəndələri iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.