RUSİYA

Aİİ ilə sazişin ratifikasiyası ticarətin həcmini 40% artıra bilər - İran XİN

İran rəsmisi ölkəsi ilə Avrasiya İqtisadi İttifaqı arasında ticarətin perspektivlərini yüksək qiymətləndirib.
Sputnik
BAKI, 26 iyun - Sputnik. İran və Rusiyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə sazişi ratifikasiya etməsi ölkələr arasında ticarət əməliyyatlarının həcmini 30-40 faiz artıra bilər. Bunu RİA Novosti agentliyinə müsahibəsində İran xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.
İran xarici işlər nazirinin müavini Mehdi Səfəri
Ötən həftə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bildirib ki, İran hökuməti İran və Aİİ arasında azad ticarət haqqında qanun layihəsinin imzalanmasını bəyənib və parlamentə təqdim edib.
Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl Aİİ və İran arasında azad ticarət sazişini ratifikasiya edən qanunu imzalayıb.

“Rusiya və İran Avrasiya İqtisadi İttifaqı ilə sazişi ratifikasiya ediblər və fikrimcə, bu saziş üzrə əməliyyatlar indiyədək yaxşı inkişaf edib. Lakin bu ratifikasiyadan sonra (hər iki ölkə tərəfindən - red.) İranla Rusiya, eləcə də İranla (ölkələri - red.) Avrasiya ölkələri arasında kommersiya əməliyyatlarının 30-40 faiz artacağını düşünürəm", - Səfəri deyib.

Tərəflər arasında müqavilə 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanıb. Onun məqsədi tarif və qeyri-tarif maneələrini azaltmaq və ya aradan qaldırmaq, iqtisadi və ticarət qarşılıqlı fəaliyyətini dəstəkləməklə Aİİ ölkələri ilə İran arasında ticarəti liberallaşdırmaq və sadələşdirməkdir.
Bu sənəd onun tərəfləri arasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın ticarətin əsas qaydalarını formalaşdırır. Bunlar, məsələn, ən çox üstünlük verilən ölkə və milli rejim, qoruyucu tədbirlərin tətbiqi və gömrük inzibatçılığı, malların idxalına kəmiyyət qadağalarının və məhdudiyyətlərin rədd edilməsidir. Sənəd həmçinin baytarlıq, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını müəyyən edən müddəaları ehtiva edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.