SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Culian Assanj həbsxanadan azad edilib

Assanj Aeroporta gətirilib və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Anonim mənbələrdən götürülmüş və ya sızdırılmış məxfi məlumatları dərc edən "WikiLeaks" beynəlxalq qeyri-kommersiya təşkilatı, qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxıldığını və təyyarə ilə Böyük Britaniyanı tərk etdiyini açıqlayıb.
Bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.
"Culian Assanj 1901 gün həbsdə qaldıqdan sonra iyunun 24-də səhər saatlarında ciddi rejimli Belmarş həbsxanasından çıxıb. O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb. Gündüz Stansted Aeroportuna gətirilib və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib" – məlumatda deyilir.
Bildirilir ki, Assanj Britaniyadan Avstraliyaya uçur.
"WikiLeaks" həmçinin Amerika məhkəməsinin Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilata görə, bu hələlik "rəsmən yekunlaşdırılmayıb".
24.07.23, 20:00
İlham Əliyev: Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir
"Əslində, əgər siz kimisə nəyinsə pozulmasında ittiham etmək istəyirsinizsə, birinci, güzgüdə özünüzə baxıb görməlisiniz, sizin üzünüzdə qüsurlar varmı?".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir: "Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin, insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də, həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox!".
Xatırladaq ki, hazırda "WikiLeaks"in qurucusu Culian Assanj Böyük Britaniyanın "Belmarsh" həbsxanasında saxlanılır. 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edən Culian Assanj, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də "Scotland Yard" Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Onu ABŞ-da 175 il həbs cəzası gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.