ELM

Gözlənilən zəlzələləri erkən proqnozlaşdırmağın potensial yolu kəşf edilib

Kəşf edilən qanunauyğunluqlar daha çox sayda hallarda sınaqdan keçirilməlidir.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Tehran Universitetinin iranlı alimləri peyk məlumatlarından istifadə etməklə gözlənilən zəlzələləri erkən proqnozlaşdırmağın potensial yolunu kəşf ediblər.
Tədqiqat Journal of Applied Geodesy (JAG) elmi nəşrində dərc olunub.
Atmosferdə, ionosferdə və Yer səthində baş verən müxtəlif və çox sayda anomaliyalar yeraltı təkanların yaxınlaşmaları barədə siqnallar verə bilərlər.
Lakin dəyişkən xarakterinə görə bu məlumatları izləmək çətindir. Yeni araşdırmada professor Mehdi Axundzadə Çinin seysmik-elektromaqnit peyki olan CSES-01 və Avropa Kosmik Agentliyinin Swarm orbital bürcündən alınan məlumatları təhlil edib.
Alim 2023-cü ilin fevralında Türkiyə və Suriyada baş vermiş güclü zəlzələdən əvvəlki müşahidə məlumatlarına nəzər salıb. Həmin vaxt bu zəlzələ 58 mindən çox insanın həyatına son qoymuş, milyonlarla insan evsiz qalmışdı.
Orbital cihazlar gələcək fəlakət zonasında ilk təkanlardan 12-19 gün əvvəl Yer səthinin temperaturunda anomaliyaları, zəlzələlərdən 5-10 gün əvvəl isə atmosferdə qeyri-adi prosesləri aşkar ediblər. Bu prosslər su buxarı, metan, ozon və karbon qazının konsentrasiyası ilə bağlı olublar.
İonosferdəki anomaliyaları da tədqiq edən Axundzadə zəlzələdən 1-5 gün əvvəl baş verən elektron sıxlığı və temperatur dəyişikliklərini aşkar edib. Tədqiqatçı qeyd edib ki, onun kəşfi gələcək zəlzələlər üçün etibarlı peyk monitorinq sisteminin yaradılmasına kömək edə bilər.
Bununla belə, kəşf edilən qanunauyğunluqlar daha çox sayda hallarda sınaqdan keçirilməlidir.