HADİSƏ

Ermənistanın ordusunun hərbçisi ölüb

Müstəntiqlər bir qrup şəxsi dindiriblər və Nersisyanın tibbi sənədləri hərbi hospitaldan alınıb.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Ermənistanın İstintaq Komitəsi çağırışçı David Vaqanoviç Nersisyanın ölümü ilə bağlı xəbər yayıb.
Hadisə səhər saat 09:40 radələrində Sisian hərbi hissələrindən birində baş verib. Sıralarda dayanan əsgərin vəziyyəti kəskin pisləşib, o, huşunu itirib. Əsgər təcili xəstəxanaya yerləşdirilsə də, səhər saat 10:00-da onun ölümü qeydə alınıb.
Əsgərin ölümü ilə bağlı cinayət işi açılıb. Xarici müayinə zamanı əsgərin bədənində zorakılıq izləri aşkar edilməyib. Ölümün səbəbini müəyyən etmək üçün bir sıra ekspertizalar təyin edilib. Müstəntiqlər bir qrup şəxsi dindiriblər və Nersisyanın tibbi sənədləri hərbi hospitaldan alınıb.
İbtidai istintaq davam edir.