BAKI, 24 iyun — Sputnik. İyunun 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 24-də kim anadan olub?
Əbülfəz Əliyev (1938-2000) - Azərbaycan Prezidenti (1992-1993). 1980-ci ildə Elçibəy təxəllüsünü götürüb. Onun hakimiyyəti dövrü respublikada iqtisadi və siyasi böhranla müşayiət olunub. Birinci Qarabağ müharibəsinin ağır nəticələri və siyasi çəkişmələr onu vətəndaş müharibəsinin qarşısını almaq üçün prezident vəzifəsindən getməyə məcbur edib.
Mixail Zapaşnı (1900-1982) - sovet artisti, Zapaşnılar sirk sülaləsinin banisi.
Mixail Zapaşnı
© Sputnik / Михаил Воскресенский
Lionel Messi (1987) - argentinalı futbolçu, MLS-in "İnter Mayami" klubunun hücumçusu və kapitanı, Argentina millisinin kapitanı. Dünya çempionu, Cənubi Amerika çempionu, Finalissima qalibi, Olimpiya çempionu. Dünyanın ən yaxşı futbolçularından biri hesab olunur.
Lionel Messi
© AP Photo / Nicolas Aguilera
Anna Asti (1990) - rusiyalı müğənni, Artik & Asti qrupunun keçmiş solisti.
İyunun 24-də dünyada baş verən tarixi hadisələr
1497-ci ildə italyan Con Kabot Kanadanı (Nyufaundlend) kəşf edib.
1901-ci ildə Parisdə 19 yaşlı Barselona rəssamı Pablo Ruiz Pikassonun ilk sərgisi açılıb.
Пабло Пикассо
© AP Photo
1963-cü ildə Londonda BBC-nin studiyalarında ilk dəfə ev videoregistratoru nümayiş etdirilib.
1993-cü ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Prezidentin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib.
Heydər Əliyev
© Photo : PUBLIC DOMAIN
2012-ci ildən Azərbaycanda Maşınqayırma İşçiləri Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.