FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İsti, basabas və qeyri-qanuni mühacirlər: Həcc zamanı 1300-dən çox zəvvar ölüb - FOTOLAR

Səudiyyə rəsmilərinin məlumatına görə, bu il 1,8 milyondan çox, o cümlədən 1,6 milyonu krallıqdan kənardan gələn zəvvarlar Həcc ziyarətini yerinə yetiriblər.
Sputnik
BAKI, 24 iyun - Sputnik. Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlajel bildirib ki, Məkkəyə həcc ziyarəti zamanı 1300-dən çox insan ölüb.
"Həcc zamanı 1301 zəvvar təbii səbəblərdən dünyasını dəyişib, onların 83%-dən çoxu qeydiyyatdan keçməyib" - Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin rəhbəri Əl-İxbariyyə telekanalında deyib.
Onun sözlərinə görə, 95 zəvvar xəstəxanalarda müalicə olunur. Ümumilikdə Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanı həkimləri zəvvarlara 30 min dəfə təcili tibbi yardım göstəriblər.
Ölənlər Məkkədə dəfn ediliblər. Nazir qeyd edib ki, ölənlərin şəxsiyyəti müəyyən edilir, bəzi hallarda onların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi ləngiyir.
***
Məkkədə müsəlmanların ziyarətgahı olan Kəbənin ziyarəti bu il heç də asan olmayıb. Həddindən artıq isti hava mindən çox zəvvarın ölümünə, 2 min nəfərin isə itkin düşməsinə səbəb olub.
Səudiyyə Ərəbistanında bu il havanın temperaturu 50 dərəcədən yuxarı qalxıb. Ekspertlər xəbərdarlıq ediblər ki, 2040-cı ilə qədər Həcc zamanı havanın temperaturu zəvvarlar üçün kritik həddə çata bilər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, elektron həcc sisteminin rəhbəri Vüsal Cahangirinin daha öncə "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, bu il Azərbaycandan gedən zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb. Onun sözlərinə görə, respublika vətəndaşları dözülməz istidən qorunmaq üçün lazım olan hər şeylə - soyuq su, buz, kondisionerlə təmin olunublar.
1 / 12

Müsəlman zəvvarlar Minada.

2 / 12

Məkkədə qadın öz üzərinə soyuq su tökür. Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı mindən çox zəvvar dünyasını dəyişib.

3 / 12

Zəvvarlar Məkkədə skamyada oturublar. Şahidlərin dediyinə görə, bir çoxları istidən və ya basabasda əzilmək səbəbindən dünyasını dəyişirlər, çünki rituallar gündüz saatlarını açıq havada keçirməyi nəzərdə tutur.

4 / 12

Müsəlman zəvvarlar Minada şeytanın simvolik daşqalaq edilməsi zamanı.

5 / 12

Müsəlman zəvvarlar Ərəfat düzündə Mərhəmət dağı kimi tanınan qayalıq təpənin başına toplaşırlar.

6 / 12

Əlində çətir olan bir adam Məkkədə küçə ilə gedir. 20 iyun 2024-cü il.

7 / 12

Müsəlman zəvvarlar Minada şeytanın simvolik daşqalaq edilməsindən sonra.

8 / 12

Müsəlman zəvvarlar Minada şeytanın simvolik daşqalaq edilməsindən sonra istirahət edirlər. Səudiyyə Ərəbistanında çoxlu sayda qeydiyyatdan keçməyən zəvvarların olması vəziyyəti mürəkkəbləşdirib.

9 / 12

Vətənlərinə yola düşən müsəlman zəvvarlar Məkkədə kölgədə gözləyirlər. Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, həcc ziyarətində 1,6 milyonu xarici ölkə vətəndaşları olmaqla 1,8 milyona yaxın zəvvar iştirak edib.

10 / 12

Minada zəvvar qadın öz üzərinə soyuq su tökür. Həcc dövründə Məkkədə havanın temperaturu, demək olar ki, 52 dərəcəyə çatıb.

11 / 12

Vətənlərinə yola düşən müsəlman zəvvarlar Məkkədə gözləyirlər.

12 / 12

Müsəlman zəvvarlar Kəbəni təvaf edirlər.