CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyunun 25-də hava necə olacaq?

Bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Sputnik
BAKI, 24 iyun - Sputnik. İyunun 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək.
Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
23.06.24, 10:16
Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlu=matında deyilir.
Bildirilir ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.