BAKI, 24 iyun — Sputnik. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri vərəmə qarşı infeksiyadan qoruyacaq peyvənd hazırlayırlar.
Bunu Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.
Gələcəkdə dərman bu xəstəliklə olan epidemioloji vəziyyəti dəyişə bilər. Qintsburqa görə, vərəm insanlığın "təbii yoldaşı" olmağa son qoyacaq.
"Bizim peyvəndimiz yoluxmadan qoruyacaq. Kütləvi peyvəndlə vərəmin insan orqanizminin və insanlığın təbii yoldaşı olmayacağını söyləmək mümkün olacaq" - Qintsburq izah edib.
O, vaksinin birdəfəlik inyeksiya tələb etdiyini bildirib.
"Dərmanın klinik tədqiqatları uzun müddətdir ki, davam edir, iştirakçıların 40-50% -i onu artıq qəbul ediblər və hazırda mütəxəssislər tərəfindən onların üzərində müşahidələr aparılır" – Qintsburg sözünə davam edib.
Əvvəllər bildirilmişdi ki, 2025-ci ilin ortalarına qədər Rusiyada xərçəng xəstəliyinə tutulmuş könüllü xəstələrin iştirakı ilə xərçəng peyvəndinin klinik sınaqlarına başlanılması planlaşdırılır.