DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya kansleri: Kiyevi dəstəklədiyimiz üçün partiyamızın populyarlığı aşağı düşüb

Almaniya kansleri, eyni zamanda, hakim koalisiyanın Avropa Parlamentinə seçkilərdə qeyri-qənaətbəxş nəticələr göstərdiyini bildirib.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Almaniyada hakim koalisiya Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar səbəbindən ölkə sakinləri arasında populyarlığını itirir.
Bu barədə Almaniya kansleri Olaf Şolts "ARD" telekanalına müsahibəsində bildirib.
"Bir çox insan Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalarla razılaşmır. Bu, seçkinin nəticələrində də özünü göstərir. Amma bizim alternativimiz yoxdur" - o bildirib.
Bundan əvvəl Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etmədiyini bildirsə də, eyni zamanda bunların konkret məna kəsb etməli olduğunu vurğulamışdı.
Almaniya kansleri, eyni zamanda, hakim koalisiyanın Avropa Parlamentinə seçkilərdə qeyri-qənaətbəxş nəticələr göstərdiyini bildirib.