DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Macarıstanın Ukraynaya silah alışına qoyduğu vetodan necə yan keçəcəyini fikirləşib

Aİ ölkələrinin xarici işlər nazirləri iyunun 24-də keçiriləcək iclasda bu sxemi müzakirə edəcəklər.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukrayna üçün silah alışına Macarıstanın veto qoymasından yan keçmək üçün mexanizm hazırlayıb.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell "Financial Times" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, daha əvvəl Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt onların istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir. Borrelin sözlərinə görə, vetodan yan keçmə mexanizmi mürəkkəb, lakin işlək olacaq.
Bildirilib ki, Aİ ölkələrinin xarici işlər nazirləri iyunun 24-də keçiriləcək iclasda bu sxemi müzakirə edəcəklər.
Daha əvvəl Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoymuşdu, çünki sənəddə Prezident Vladimir Zelenskinin yalnız bir "sülh planı"nın tanınmasını nəzərdə tuturdu.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin bildirib ki, bu ölkə NATO-nun Ukraynadakı missiyasının genişləndirilməsində iştirak etməyəcək.