BAKI, 23 iyun — Sputnik. Həddindən artıq yağlı yemək yemək bağırsaq bakteriyalarını məhv edir və əslində bağırsaqların fəaliyyətini dəyişdirir. Tibb elmləri doktoru, endokrinoloq Zöhrə Pavlova bu barədə danışıb. Onun sözlərinə görə, qida rasionunda belə qidaların çox olması narahatlığa təsir edir.
Belə ki, çoxlu doymuş yağ yemək qeyri-sağlam mikrobiom yaradır ki, bu da bakteriyaların selikli qişadan qana nüfuz etməsinə imkan verir.
Bədənin bu reaksiyası gəmiricilərlə aparılan təcrübə zamanı müəyyən edilib.
Siçovulların bir qrupunun yeməyində, təxminən 11% yağ olub. İkinci qrupa tərkibində yüksək doymuş yağlar (45%) olan yemək verilib.
Doqquz həftədən sonra ikinci qrupda bağırsaq bakteriyalarının müxtəlifliyi daha az olub, bu da gəmiricilərin həzminə ümumi mənfi təsir göstərib. Bundan əlavə, artıq yağlar narahatlığın artmasına səbəb olub.
"Onlarda stress və narahatlıqla əlaqəli neyromediatr serotoninin siqnallarının istehsalı və ötürülməsində iştirak edən üç genin daha yüksək ifadəsi var idi", - Pavlova fikrini bildirib.
Endokrinoloq qeyd edib ki, boşqabda zülalların, yağların və karbohidratların, təxminən bərabər miqdarda olmasını təmin etmək vacibdir.
Əvvəllər həkim Nikolay Kryuçkov mağazalardan alınan hazır qidaların törədə biləcəyi xəstəliklərin adını çəkmiş, insanları dərhal simptomlara - halsızlıq, qızdırma, qarın ağrısı, qusmalara diqqət yetirməyə çağırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.