CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda "Sabantuy" qeyd olunub - FOTO

Bayram şənliyində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov iştirak edib.
Sputnik
BAKI, 23 iyun - Sputnik. Xaçmaz rayonunda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, iyunun 23-ü Nabranda təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.
Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub
Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları çıxış edərək Sabantuy bayramının ölkəmizdə ənənəvi şəkildə qeyd olunmasını xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıblar.
Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub
Kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyət ilə bağlı olan Sabantuy tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.
Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub
Bayram tədbirində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ifa ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.
Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.