BAKI, 23 iyun — Sputnik. Havanın çirklənməsi 2021-ci ildə hipertoniyadan sonra vaxtından əvvəl ölüm üçün ikinci aparıcı risk faktoru olub.
BMT-nin Uşaq Fondu (UNICEF) ilə tərəfdaşlıqda Health Effects Institute və Health Metrics and Evaluation Institute tərəfindən təqdim olunan "2024-cü ildə dünyada havanın vəziyyəti" hesabatından bu qənaətə gəlmək mümkündür.
Sənəddə havanın keyfiyyəti və onun bütün dünyada insan sağlamlığına təsiri barədə məlumatlar verilib. Araşdırmaya görə, havanın çirklənməsi 2021-ci ildə 8,1 milyon insanın ölümünə səbəb olub (bütün ölümlərin, təxminən 12 faizi). Bundan əlavə, 700 mindən çox ölüm halı beş yaşa qədər olan uşaqlarda baş verib (bu yaş kateqoriyasındakı bütün ölümlərin 15 faizi), onlardan 500 mindən çoxu yaşayış binalarında havanın çirklənməsi ilə əlaqədardır.
Pis hava keyfiyyəti vaxtından əvvəl ölüm üçün risk faktorları siyahısında ikinci yeri tutur. Birinci yerdə hipertoniya, üçüncü yerdə siqaret, dördüncü yerdə doyunca qidalanmamaq, beşinci yerdə isə acqarına plazmada qlükoza konsentrasiyasının yüksək səviyyəsidir. Havanın çirklənməsi, həmçinin beş yaşınadək uşaqlarda ölüm riski faktorları arasında qidalanmadan sonra ikinci yeri tutur.
Alimlərin fikrincə, havanın çirklənməsi aşağı tənəffüs yollarının infeksiyalarından, 28 faiz ürək-damar xəstəliklərindən və xroniki obstruktiv ağciyər xəstəliyindən ölüm hallarının 30 faizinə səbəb olub.
Tədqiqatçılar vurğulayıblar ki, havanın çirklənməsi immunitet sisteminin infeksiyaya qarşı mübarizə qabiliyyətini azaldır və bu, tənəffüs yolu infeksiyalarına, o cümlədən COVID-19-a səbəb olan virusların orqanizmə daxil olmasını asanlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.