BAKI, 23 iyun - Sputnik. Enerqodardakı “Luç” yarımstansiyasına dəyən ziyan nüvə təhlükəsizliyinə təsir edib.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
O qeyd edib ki, zərər birbaşa Enerqodarda yaşayan zavod işçilərinə və buna görə də “nüvə təhlükəsizliyinə” təsir edib.
Bundan əvvəl “Zaporojye” Atom Elektrik Stansiyasının kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina bildirmişdi ki, Ukrayna ordusu kamikadze dronlardan istifadə edərək “Luç” yarımstansiyasını tamamilə məhv edib.
Enerqodar səlahiyyətliləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin “Raduqa” yarımstansiyasına zərbələr endirdiyi barədə də xəbər veriblər.