BAKI, 22 iyun — Sputnik. İyunun 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 22-də kim anadan olub?
Bülbül (1897-1961) - Sovet və Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti. 1933-cü ildə Moskvada keçirilən pianoçuların, skripkaçıların, violonçel ifaçılarının və vokalçıların birinci Ümumittifaq müsabiqəsinin laureatı olan ilk azərbaycanlı. Onun monoqrafiyaları bu günə qədər Azərbaycan xalq musiqisinə dair elmi dərslik kimi istifadə olunur.
Bülbülun heykəli
© Sputnik / Shahperi Abbasova
Erix Mariya Remark (1898-1970) - alman yazıçısı. Onun "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanı 20-ci əsrin ən məşhur müharibə əleyhinə romanı hesab olunur.
Amerikalı aktrisa Marlen Ditrix və yazıçı Erix Mariya Remark
© AFP 2024
Natalya Varley (1947) - Sovet və rus kino aktrisası, RSFSR-in əməkdar artisti. "Qafqaz əsiri", "12 stul", "Təhlükəli mükafat" və s. filmlərdə rol alıb.
Meril Strip (1949) – ABŞ teatr və kino aktrisası. "Oskar", "Emmi", "Sputnik", "BAFTA", "Qızıl Qlobus", "Sezar" və s. mükafatları laureatı. "Maral ovçusu", "Kramer Kramerə qarşı", "Sofinin seçimi", "Afrikadan", "Medison bölgəsinin körpüləri" və s. filmlərdə çəkilib.
Meril Strip
© AP Photo / Eric Jamison
22 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1910-cu ildə Avropanın ilk hava sərnişin xətti olan "Fridrixsşafen – Düsseldorf" açılıb. Bu hava xətti boyunca "Almaniya" dirijablı hərəkət edib.
1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına hücum edib və Böyük Vətən Müharibəsi başlayıb.
2002-ci ildə İranın şimal-qərbində 6,3 bal gücündə zəlzələ baş verib, ardınca 4,6 bal gücündə bir sıra afterşoklar olub. Nəticədə 261 nəfər ölüb, 1500-dən çox insan yaralanıb, 50 min nəfər isə evsiz qalıb. Zəlzələ nəticəsində 26 min bina dağılıb.
2022-ci ildə Əfqanıstanda baş verən 6,2 bal gücündə zəlzələ 1000-dən çox insanın həyatına son qoyub.