RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Roma Papası və Rusiya səfiri Putinin Ukrayna ilə bağlı təklifini müzakirə ediblər

Vatikan Moskvanın iştirakı olmadan sülh prosesinin mənasızlığını dərk edir.
Sputnik
BAKI, 22 iyun - Sputnik. Roma Papası Fransisk və Rusiyanın Vatikandakı səfiri İvan Soltanovski Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifini müzakirə ediblər.
Bu barədə jurnalistlərə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, Vatikan Moskvanın iştirakı olmadan sülh prosesinin mənasızlığını dərk edir.
"Soltanovski ardıcıl balanslı və dəyişməz sülhpərvər mövqeyinə görə pontifikə minnətdarlığını bildirib" - səfirlik nümayəndələri bildiriblər.
Xatırladaq ki, iyunun 14-də Putin bildirib ki, Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti real təkliflə çıxış edir, lakin Kiyev və Qərb ölkələri bundan imtina edərsə, o zaman qan tökülməsinə görə bütün məsuliyyət onların üzərinə düşəcək.
Daha sonra Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidentinin sülh təşəbbüslərinə cavab verib və onları “ultimatum” adlandırıb.