RUSİYA

Peskov: Qərb Rusiyanın xarici siyasət fəaliyyətinə düşmən münasibət göstərir

ABŞ-dan olan politoloq Gilbert Doctorou Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfərinin dünyada geosiyasi vəziyyətə çox böyük təsir göstərdiyini bildirib.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Qərb dövlətləri Rusiyanın xarici siyasət fəaliyyətinə mənfi reaksiya verir və Moskvanı zəiflətməyə çalışır.
Rusiya dövlət başçısının mətbuat katibi D. Peskov Vladimir Putinin KXDR və Vyetnama səfərlərinə reaksiyanı belə şərh edib.
"Rusiyanın istənilən xarici siyasət fəaliyyəti düşmənçiliklə qarşılanır və yəqin ki, Qərbin Rusiyanı boğmaq istəklərinin əsas istiqaməti prizmasından qəbul edilir" - Kreml nümayəndəsi bildirib.
Bir müddət əvvəl ABŞ-dan olan politoloq Gilbert Doctorou Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfərinin dünyada geosiyasi vəziyyətə çox böyük təsir göstərdiyini bildirmişdi.