BAKI, 21 iyun — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin xarici işlər nazirləri Avrasiya təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılması üzərində işləmək barədə razılığa gəliblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə jurnalistlərə deyib.
"Müzakirələrimizdə Avrasiya təhlükəsizlik arxitekturasının formalaşması, Avro-Atlantik ölçüyə malik olan və Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi sabitlik sxemlərinin dəyişdirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirdik. İyunun 14-də Xarici İşlər Nazirliyində bu mövzunu analitik bölmələrimizin işində, o cümlədən KTMT çərçivəsində müntəzəm məsləhətləşmələr vasitəsilə inkişaf etdirməyə razılaşdıq".
Lavrov deyib ki, Qərbin Rusiyaya qarşı başlatdığı Ukrayna münaqişəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün çox ciddi təhlükə yaradır.
"Qərbin Ukraynada başlatdığı münaqişə, Kiyev rejiminin Rusiya Federasiyasına qarşı təcavüz aləti kimi istifadə edilməsi çox ciddi təhlükə yaradır", XİN rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.