DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Belarusu Ukrayna münaqişəsinə cəlb etməyə çalışır - Volfoviç

Ölkə rəhbərliyi və Silahlı Qüvvələr vəziyyəti nəzərə alaraq, "ən pis ssenaridən – müharibənin başlanmasından" qaçmaq üçün tədbirlər kompleksi hazırlayır.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Qərb bütün gücü ilə Belarusu Ukrayna münaqişəsinə cəlb etməyə çalışır. Bunu Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
"Bu gün ABŞ və onun NATO blokundakı tərəfdaşları dünyada, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda hərbi-siyasi vəziyyəti görünməmiş şəkildə gərginləşdirirlər. Qərb bütün gücü ilə Belarusu münaqişəyə sürükləməyə çalışır" - Volfoviç bildirib.
Onun fikrincə, Qərbdəki qonşularla qurulmuş iqtisadi və humanitar əlaqələr hüdudsuzdur. O vurğulayıb ki, ölkə rəhbərliyi və Silahlı Qüvvələr vəziyyəti nəzərə alaraq, "ən pis ssenaridən – müharibənin başlanmasından" qaçmaq üçün tədbirlər kompleksi hazırlayır.
"Bu gün dostluq münasibətlərini pozaraq ölkəmizin qərb sərhədlərində yerləşən ölkələr də bizə və strateji tərəfdaşımız olan Rusiyaya qarşı aqressiv davranır, hərbi mövcudluğunu artırır, öz xalqlarının iqtisadi maraqlarına ziyan vurmaqla hərbi büdcələrini artırır, Belarus sərhədləri boyunca gündəlik uçuşlar həyata keçirilir", Volfoviç qeyd edib.