BAKI, 21 iyun - Sputnik. KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.
Bunu Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu bildirib.
""Növbəti görüşümüzün bu ilin noyabrın 28-də - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası ərəfəsində - Astanada keçirilməsi təklif olunur" - o, KTMT xarici işlər nazirlərinin Almatıda geniş tərkibdə görüşü zamanı deyib.
Qeyd edək ki, bu görüşdə Ermənistan tərəfi iştirak etmir. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Almatıda keçirilən iclasın gündəliyinə doqquz sənəd layihəsi, o cümlədən Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, təşkilatın 2024-cü il büdcəsinə dəyişikliklər, kosmosunn tədqiq və istifadəsinə dair sənəd layihəsi daxil edilib və təsdiq edilib. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, sənədlər noyabrın sonunda keçiriləcək sammitdə KTMT-yə üzv dövlətlərin başçılarının təsdiqi üçün hazırlanıb.
19.06.24, 20:33
Ermənistan KTMT-nin iclasına qatılmayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
Nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.