BAKI, 21 iyun — Sputnik. İctimai Rəy Fondunun (İRF) 14-16 iyun tarixlərində 1500 rusiyalı arasında keçirdiyi həftəlik sorğu zamanı respondentlərin 80%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərdiyini bildirib.
Dövlət başçısının fəaliyyətini respondentlərin 81 faizi müsbət qiymətləndirib. İRF-nın saytında dərc olunan sorğunun nəticələrinə görə, rusiyalıların 57%-i ölkə hökumətinin işini müsbət qiymətləndirdiyini bildirib.
Eyni zamanda, Rusiya Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin işini respondentlərin 58%-i müsbət qiymətləndirib.
Xatırladaq ki, may ayında da İRF-nın sorğusuna qatılan rusiyalıların 80%-i Rusiya Federasiyasının prezidentinə güvəndiyini bildirmişdi.
25.05.24, 23:15
Rusiyalıların 80%-i Putinə güvənir
1500 rusiyalı arasında keçirdiyi sorğuda iştirakçıların 80%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərib.
İctimai Rəy Fondunun may ayında keçirdiyi sorğunun nəticələri bunu göstərib.
Fondun saytında dərc olunan sorğunun nəticələrinə görə, dövlət başçısının fəaliyyəti respondentlərin 82 faizi tərəfindən müsbət qiymətləndirilib.
Respondentlərin 54%-i Rusiya Nazirlər Kabinetinin işini müsbət qiymətləndirib. Eyni zamanda, ölkənin baş naziri Mixail Mişustinin işini sorğuda iştirak edən rusiyalıların 57%-i müsbət qiymətləndirib.
Xatırladaq ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin aprel ayında keçirdiyi sorğuda rusiyalıların 79%-dən çoxu Putinə güvəndiyini bildirmişdi. Respondentlərin, təxminən 78%-i dövlət başçısının fəaliyyətini bəyəndiyini söyləmişdi.