SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan qeyri-region ölkələrinin yanaşmalarını faydalı hesab etmir - Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri deyib ki, regional təhlükəsizlik məsələləri də müzakirələrimizin əsasının təşkil edəcək.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının Beşinci İclası işə başlayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Sputnik Azərbaycan-a bildirib ki, 2021-ci ildə yaradılmış bu platforma artıq 3 ildir ki, fəaliyyət göstərir: "Budəfəki iclasda bir sıra vacib məsələləri müzakirə edəcəyik. Bu iclas onunla əlamətdardır ki, yeni reallıqlar fonunda keçirilir. Artıq Azərbaycan öz suverenliyini tam bərpa edib, yenidənqurma, bərpa işləri aparılır. Bu tədbirdə də bir sıra regional məsələlər, nəqliyyat məsələləri müzakirə olunacaq".
"Regional təhlükəsizlik məsələləri də müzakirələrimizin əsasını təşkil edəcək. Qeyri-region ölkələrinin qeyri-konstruktiv fəaliyyətləri də bizim diqqətimizdədir. Azərbaycan hər bir ölkə ilə əməkdaşlığa açıqdır. Azərbaycan qeyri-region ölkələrinin yanaşmalarını nə sülhə, nə təhlükəsizliyə faydalı hesab etmir" - BMTM sədri deyib.