İQTİSADİYYAT

Rusiya və Azərbaycan birgə kənd təsərrüfatı layihələrini həyata keçirirlər

Hazırda Rusiyada Azərbaycan müəssisələri ilə birgə müştərək kənd təsərrüfatı layihələri inkişaf edir. Ərzaq mallarının və kənd təsərrüfatı texnikasının tədarükündə perspektivli qarşılıqlı əlaqələr qurulub.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Azərbaycan üzvi və halal məhsulların istehsalında Rusiya Federasiyasının əsas tərəfdaşlarından birinə çevrilə bilər.
Bunu Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının iclasında Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin deyib.

"Hazırda Rusiyada Azərbaycan müəssisələri ilə birgə kənd təsərrüfatı layihələri inkişaf edir. Ərzaq mallarının və kənd təsərrüfatı texnikasının tədarükündə perspektivli qarşılıqlı əlaqələr qurulub. Ölkəmiz qarşılıqlı tədarükün əmtəə nomenklaturasının həcminin artırılmasında maraqlıdır. Üzvi və halal məhsulların istehsalı kimi sürətlə inkişaf edən sahələrə diqqət yetirmək istəyirəm. Azərbaycan Respublikası bu istiqamətlərdə əsas tərəfdaşlardan biri ola bilər", - senator bildirib.

O, parlamentin müvafiq komitələrindən bu məsələlərə ikitərəfli əməkdaşlıq çərçivəsində baxılmasını xahiş edib.
Yatskin, həmçinin bildirib ki, Rusiya bu cür məhsulların istehsalından ötrü standartların qarşılıqlı tanınması ilə bağlı maraqlı ölkələrlə fəal işləyir.

"Ümid edirik ki, bizim və azərbaycanlı həmkarlarımız əməkdaşlığın yeni istiqamətinə maraq göstərəcəklər", – Rusiya Federasiya Şurasının birinci vitse-spikeri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.