BAKI, 20 iyun — Sputnik. KXDR ilə strateji tərəfdaşlıq sazişi Xüsusi Hərbi Əməliyyata şamil oluna bilər, çünki Rusiyanın tərkibinə daxil olmuş bölgələrdə Ukrayna qoşunlarının, NATO təlimatçılarının olması və Kiyevə Qərb silahlarının verilməsi Rusiyaya qarşı təcavüz aktıdır.
Bu barədə rusiyalı hərbi analitik və "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko RİA Novosti-yə bildirib.
Rusiya Prezidenti Vladimir Putin KXDR-in rəhbəri Kim Çen Inla danışıqlardan sonra bildirib ki, Rusiya və Şimali Koreyanın imzaladığı hərtərəfli strateji tərəfdaşlıq sazişi dövlətlərdən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur.
"Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq, bizim dörd yeni qurumumuz var. Onların bəzilərinin ərazisində Ukraynanın işğalçı qüvvələri və hərbi məsləhətçiləri, NATO təlimatçıları, Qərb silahları yerləşdirilir. Bu, silahlı təcavüz aktı deməkdir. Bu halda, bu müqavilənin qüvvəsi birbaşa bu vəziyyətə şamil edilir", - Korotçenko bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya ilə KXDR arasında hərbi texnikanın tədarükündən tutmuş birbaşa hərbi dəstəyə qədər istənilən hərbi əməkdaşlıq formatı mümkündür.
"Hər şeyi konkret olaraq iki dövlətin liderləri müəyyənləşdirəcək", - ekspert əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.