RUSİYA

Putin Rusiya və Vyetnamın milli valyutalarda hesablaşmalara ardıcıl keçidini vacib sayır

Vladimir Putin Rusiya-Vyetnam danışıqlarını müsbət qiymətləndirib.
Sputnik
BAKI, 20 iyun - Sputnik. Rusiya-Vyetnam danışıqları konstruktiv və işgüzar şəraitdə keçib. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Yenicə başa çatan danışıqlar, həqiqətən də, razıyam, konstruktiv və işgüzar şəraitdə keçdi, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri ətraflı müzakirə olundu, ən aktual beynəlxalq və regional məsələlərə də toxunuldu”, - deyə Putin Rusiya-Vyetnam danışıqlarından sonra bildirib.

Rusiya prezidenti əlavə edib ki, danışıqlar zamanı ticarət və investisiya əməkdaşlığına mühüm diqqət yetirilib.
Vladimir Putin Rusiya və Vyetnamın ardıcıl olaraq milli valyutalarda ödənişlərə keçməsini vacib saydığını dilə gətirib.

“Ölkələrimizin maliyyə əməliyyatlarında ardıcıl olaraq milli valyutalara keçməsi, kredit və bank əməkdaşlığının davamlı kanallarını qurmağa çalışması da eyni dərəcədə vacibdir”, - Putin Rusiya-Vyetnam danışıqlarının yekunlarına əsasən bildirib.

Vyetnam Donqu
Rusiya lideri onu da qeyd edib ki, ötən il milli valyutalarla aparılan əməliyyatların payı ikitərəfli kommersiya əməliyyatlarının həcminin 40%-dən çoxunu, bu ilin birinci rübündə isə demək olar ki, 60%-ni təmin edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.