RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO ölkələri vətəndaşlarının ödədiyi vergilər vəziyyətin gərginləşməsinə xərclənir - XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-ya üzv ölkələrin hərbi xərcləri ilə bağlı hesabatını şərh edib.
Sputnik
BAKI, 20 iyun - Sputnik. Ardıcıl olaraq onuncu ildir ki, NATO üzvləri təhlükəsizlik vəziyyətini qeyri-sabitləşdirmək üçün maliyyə resurslarını artırırlar. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın NATO-ya üzv ölkələrin hərbi xərcləri ilə bağlı hesabatına şərhində deyilir.
“İyunun 17-də Şimali Atlantika Alyansına üzv ölkələrin hərbi ehtiyaclar üçün ayırmaları ilə bağlı yeni məlumatlar açıqlandı. Hesabatda 2024-cü ildə hərbi xərclər ÜDM-in 2%-i səviyyəsinə çatan dövlətlərin sayının 23-ə, ümumilikdə isə 1 trilyon 474 milyard dollara çatacağı gözlənilir”, - diplomat qeyd edib.
Rusiya XİN rəsmisi vəziyyəti sadə dildə də ifadə edib:
“Blok üzvlərinin özlərini təqdim etdikləri kimi, demokratik dəyərlərin müdafiəçiləri təhlükəsizlik vəziyyətini qeyri-sabitləşdirmək üçün artıq onuncu ildir ki, maliyyə resurslarını artırırlar”, - Zaxarova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.