PAYTAXT XƏBƏRLƏRİ

Bu avtobusların sərnişinlərinin nəzərinə!

İyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Bu gündən "28 May" metro stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.
Təmir işləri ilə əlaqədar marşrutunun dayanacaq məntəqələri dəyişdirilən xətlər aşağıdakılardır:
1, 46, 125 və H1 nömrəli — son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
21, 30, 32, 49 və 175 nömrəli — son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
14 və 88A nömrəli — son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
4, 5 və 88 nömrəli — aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.