SƏHİYYƏ

Bayram günlərində təcili yardıma nə qədər müraciət daxil olub?

TƏBİB-dən bildirilib ki, çağırışların sayı ən çoxu iyul ayının 17-nə təsadüf edib.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilib ki, bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.
15.06.2024-19.06.2024-cü il tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya olunub.
Çağırışların sayı ən çox 17.06.2024-cü il tarixində (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.
Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.