İNFOQRAFİKA

Azərbaycan hansı ölkələrə siqaret satır?

Bu ilin yanvar-mart aylarında İraq və BƏƏ-yə 10 milyon ədəd siqaret satılıb. Siqaretlərin hansı ölkələrə ixrac edildiyi barədə daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Sputnik
Cari ilin birinci rübündə Azərbaycan ən çox siqareti Gürcüstana satıb - 210 milyon ədəd. Bundan əlavə, göstərilən dövrdə Qırğızıstana - 35,5 milyon, Omana - 18 milyon və Belarusa - 11,5 milyon ədəd tədarük edilib.
İnfoqrafika: Azərbaycan hansı ölkələrə siqaret satıb?
Eyni zamanda, bu ilin yanvar-mart aylarında İraq və BƏƏ-yə 10 milyon ədəd siqaret satılıb.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin yanvar-mart aylarında təxminən 2,66 min ton tütün ixrac edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,5 dəfə çoxdur. İxrac olunmuş tütünün ümumi dəyəri 4,2 dəfə artaraq 7,3 milyon dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.