Mətbuat mərkəzi

ANONS - Bakı və Daşkənd: çoxşaxəli əməkdaşlıq, əldə edilmiş nəticələr və perspektivlər

"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzindəki dəyirmi masada iki ölkə arasında mövcud ticarət-iqtisadi əməkdaşlığın necə inkişaf etdiyi barədə müzakirələr aparılacaq.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı, demək olar ki, bütün qarşılıqlı fəaliyyət sahələrində xüsusi dinamika əldə edib. Tərəflər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə yanaşı, həm də ikitərəfli münasibətləri konkret layihələrlə doldurmaq üçün konkret əməli addımlar atırlar.
Birgə investisiya layihələrinin həyata keçirilməsinə, eləcə də şaxələndirməyə və ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.
İyunun 24-də saat 11:00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzinin təşkil etdiyi dəyirmi masada ölkələr arasında mövcud ticarət-iqtisadi əməkdaşlığın və artıq həyata keçirilən layihələrin, eləcə də əməkdaşlığın perspektiv istiqamətlərinin necə inkişaf etdiyi barədə danışacaqlar:
Bəhrom Əşrəfxanov - Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri;
Bəhram Qaipov – Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri;
Sancar Mahmudov – Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri;
İlqar Vəlizadə – "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri;
Orxan Yolçuyev - STEM analitik mərkəzinin direktoru;
Emin Qəribli - Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti;
Emin Məmmədzadə - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi;
Elçin Hüseynov – "Region Plyus" jurnalının baş redaktor müavini;
Rauf Ağamirzəyev - nəqliyyat məsələləri üzrə ekspert.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.