BAKI, 20 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.
ADY-dən verilən məlumata görə, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.
Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.