RUSİYA

Putin: Rusiya KXDR ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etmir

Rusiya lideri Vladimir Putin Şimali Koreyada səfərdədir.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Rusiya imzalanmış sazişlə əlaqədar KXDR ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etmir.
“Report”un məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kim Çen In ilə danışıqların yekununda bildirib.
Rusiya lideri qeyd edib ki, Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş onun iştirakçılarından birinə qarşı təcavüz halında yardım göstərilməsini nəzərdə tutur.
SİYASƏT
Vladimir Putin və Kim Çen In arasında görüş olub