AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Azərbaycan planetimizin gələcəyi üçün səylərini əsirgəmir

Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı keçirilir.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu sözlər Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
Qeyd edək ki, Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı keçirilir.