HADİSƏ

Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.