RUSİYA

Rusiyada zavodda atışma olub: Ölən və yaralanan var

İnsident Ryazan vilayətində "Ryazanmontajzaqotovka" müəssisəsində baş verib.
Sputnik
BAKI, 18 iyun - Sputnik. Rusiya Regional İstintaq Departamentinin məlumatına görə, Ryazanda müəssisədə baş verən atışma nəticəsində müəssisənin əməkdaşı həlak olandan sonra qətl və adam öldürməyə cəhd faktları ilə bağlı cinayət işi açılıb.
Daha əvvəl Ryazan vilayətinin prokurorluğu məlumat vermişdi ki, çərşənbə axşamı əmlak mübahisəsi və düşmənçilik münasibətləri zəminində yaranan münaqişə zamanı 66 yaşlı kişi ov tüfəngindən iki nəfərə azı üç dəfə atəş açıb. Zərərçəkənlərdən biri yerindəcə keçinib, ikincisi isə tibb müəssisəsinə yerləşdirilib. Prokurorluğun məlumatına görə, atəş açan şəxs saxlanılıb.
“İstintaqın məlumatına görə, 2024-cü il iyunun 18-də Ryazan şəhərində yerləşən müəssisələrdən birinin ərazisində, Skopinski rayon sakini münaqişə zəminində ov tüfəngindən müəssisənin əməkdaşlarına bir neçə dəfə atəş açıb. Nəticədə... qadın hadisə yerində ölüb, kişi xəstəxanaya yerləşdirilib” - məlumatda deyilir.
***
Rusiyada zavodda atışma olub.
İnsident Ryazan vilayətində "Ryazanmontajzaqotovka" müəssisəsində baş verib. Adı hələlik açıqlanmayan şəxs odlu silahdan atəş açıb. Nəticədə bir qadın ölüb, bir kişi yaralanıb.
Faktla bağlı araşdırma aparılır.