SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərb Ermənistanı Rusiyaya qarşı hibrid müharibənin aləti kimi görür - Lavrovun müavini

Rusiya XİN rəhbərinin müavini bildirir ki, KTMT Ermənistanı geridə qoyaraq güclənməyə davam edir.
Sputnik
BAKI, 18 iyun - Sputnik. İrəvanın ABŞ və NATO-nun çətirinin altına keçməsi Rusiya ilə birgə KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanılmasını mümkünsüz edəcək.
Bunu XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib.
Onun fikrincə, Qərb Ermənistanı istifadə vasitəsi olaraq, Rusiyaya qarşı hibrid müharibənin aləti kimi görür.
Qaluzin hesab edir ki, KTMT-nin gücləndirilməsi Ermənistanı geridə qoyaraq davam edir.
04.06.24, 18:36
RF XİN Aİ-nin Ermənistandakı missiyasını Moskva və Bakıya qarşı casusluqda ittiham edib
Aİ-nin monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Əgər 2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılaşsa idi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu olmaya bilərdi”, - nazir müavini qeyd edib.
Qaluzin Ermənistan rəhbərliyinin “dövlətin sərhədlərini heç də qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi seçməsindən təəssüfləndiyini bildirib.
Nazir müavini vurğulayıb ki, KTMT məsələsində “söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən, sərhəd qoşunlarının təliminə yardımdan gedirdi”.
Xatırladaq ki, 2023-cü il fevralın 20-də Avropa İttifaqı Ermənistanda iki il müddətinə mülki missiyanın (EUMA) fəaliyyətə başladığını elan edib. Missiyanın məqsədləri müntəzəm patrulların həyata keçirilməsi və vəziyyət barədə hesabatların təqdim edilməsi, Ermənistanın sərhədyanı ərazilərində sabitliyin təşviq edilməsi və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin təmin edilməsidir.
20 noyabr 2023-cü ildə Ermənistan və Avropa İttifaqı arasında Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının statusu haqqında saziş imzalanıb. Həmin ilin dekabrında Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının sayını 138 nəfərdən 209 nəfərə qədər artıracağını açıqlamışdı.
2024-cü ilin martında Ermənistan parlamenti Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Sənədə əsasən, missiyanın üzvləri saxlanıla və ya həbs edilə bilməz və şəxsi heyət bütün hallarda olduğu ölkədə cinayət təqibindən immunitetə ​​malikdir. Avropalı müşahidəçilərin obyektləri də toxunulmazdır, müşahidəçilər gömrük prosedurlarından, viza və miqrasiya tələblərindən azaddırlar.
Yanvarda Aİ Şurası Ermənistandakı mülki müşahidə missiyasının sayını artırmaq və maliyyə xərclərini 2025-ci ilə qədər təyin etmək qərarına gəlib.